Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb

0

  •      Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib.Bu sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.  Sammitdə cənab Prezident bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Zəngəzur dəhlizinin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur. Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident İlham Əliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: “İndi Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istəyimizə nail olacağıq”. Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda verəcək. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra, Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb və ərəb dövlətlərinin, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur. Həmin materiallarda Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Eyni zamanda, hətta bəzi ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin əldə edəcəyi faydanı hesablamağa çalışırlar.   Məlumdur ki, Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verirlər. Qeyd etdiyimiz kimi, vaxtilə bizə siyasi əngəl törədən ölkələr indi iqtisadi əməkdaşlığa can atırlar. Vüqar İsmayılov,YAP Xocalı rayon təşkilatının əməkdaşı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb

    Maraqlı gələ bilər
    20
    58
    48